Nida Xəbər
“40 illik jurnalistlik karyeramda belə mənzərə görməmişəm” - Şuşada nələr yaşanıb?
Türkiyəli jurnalist, yazar Hasan Öztürk Azərbaycanın Zəfər Günü münasibətilə Şuşa və Xankəndiyə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, o, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada keçirdiyi görüş və mətbuat konfransı zamanı yaşanan, kameraların obyektivinə düşməyən maraqlı anlardan bəhs edib.
Öztürk bildirib ki, jurnalistlik fəaliyyətinin 40-cı ilini başa vurub və təxminən 20 ildir Prezident Ərdoğanın həm Türkiyədə, həm də xarici ölkələrdə çoxsaylı tədbirlərini, mətbuat konfranslarını və xüsusi proqramlarını izləyib. O, Turgut Özal, Süleyman Dəmirəl, Tansu Çillər, Nəcməddin Ərbakan və Bülənt Ecevit kimi siyasətçilərin də mətbuat konfranslarında iştirak edib.
Lakin yazarın sözlərinə görə, noyabrın 8-də Şuşada keçirilən mətbuat konfransında gördüyü mənzərə ilə indiyədək rastlaşmayıb.

O, həmin anları belə təsvir edib:
“Ev sahibi İlham Əliyev çıxış etdi, Türkiyə nümayəndə heyəti dəqiqələrlə onu alqışladı. Prezident Ərdoğan danışdı, bu dəfə Azərbaycan nümayəndə heyəti onu alqışladı. Daha sonra iki lider ayağa qalxaraq əl sıxdı. Əliyev Ərdoğanın əlini yuxarı qaldıranda isə gözlənilməz hadisə baş verdi.
Salondakı bütün jurnalistlər, deputatlar və nazirlər ayağa qalxaraq iki lideri durmadan alqışlamağa başladılar. Bəziləri bir-birini qucaqlayır, sevinc göz yaşları tökürdü”.
Hasan Öztürk bu mənzərənin səbəbini də açıqlayıb. Onun fikrincə, son dövrlər Türkiyə ilə Azərbaycan arasında sosial şəbəkələrdəki müzakirələr və müxtəlif təxribatlar fonunda gərginlik yaratmaq cəhdləri olsa da, Ərdoğanın Zəfər Günündə İlham Əliyevin dəvətini qəbul edərək Şuşaya gəlməsi həmin cəhdlərin qarşısını alıb.
Yazar qeyd edib ki, iki ölkə liderinin bir-birinə və xalqlarına münasibətdə nümayiş etdirdiyi diqqətli və səmimi mövqe Türkiyə-Azərbaycan münasibətlərinin qorunması baxımından mühüm mesaj olub.
O, həmçinin 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında futbol diplomatiyası dövründə Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginliyi xatırladıb. Öztürkün sözlərinə görə, həmin vaxt Baş nazir olan Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisində “Qarabağın işğalı davam etdiyi müddətdə Ermənistanla sərhədlər açılmayacaq” bəyanatı böhranın aradan qalxmasında mühüm rol oynayıb.
Müəllif bu dəfə də Ərdoğanın Şuşaya səfərinin və İlham Əliyevin qonaqpərvərliyinin iki ölkə arasında etimadın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Akqabay
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?









.jpg)
















.jpg)





.jpg)


