Nida Xəbər
Qazaxıstanda Zəfər Günü münasibətilə təntənəli qəbul keçirildi - FOTO
Qazaxıstanın paytaxtı Astanada 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli qəbul keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunan xarici diplomatik nümayəndəliklərin təmsilçiləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın və Qazaxıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Əlimirzamin Əskərov 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini, 2023-cü ilin sentyabrında isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunduğunu vurğulayıb.
Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunan Ə.Əskərov Vaşinqtonda əldə edilən razılaşmaların əhəmiyyətini qeyd edib.
Səfir işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğulayaraq bu prosesdə Qazaxıstanın iştirakını yüksək qiymətləndirib. O, Azərbaycan və Qazaxıstan prezidentlərinin birgə iştirakı ilə açılışı olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin artıq fəaliyyət göstərdiyini və burada 100-ə yaxın uşağın intellektual və yaradıcı inkişafı üçün şərait yaradıldığını bildirib. Diplomat, həmçinin Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində azərbaycanlı gənclərlə yanaşı, Qazaxıstandan olan tələbələrin də təhsil aldığını qeyd edib.
Çıxışında Azərbaycan-Qazaxıstan münasibətlərinə də toxunan Ə.Əskərov iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyini vurğulayıb. O, dövlət başçılarının müntəzəm görüşlərinin və qarşılıqlı səfərlərinin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını bildirib.
Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad olunub.
Təntənəli qəbul çərçivəsində musiqi proqramı təqdim edilib.
-
Sağlamlıq21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi







.jpg)
















.png)
.jpg)
.jpg)









