Nida Xəbər
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edildi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş A/C.3/81/L.24 nömrəli "İtkin düşmüş şəxslər" adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Noyabrın 10-da qəbul edilən qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub.
Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir.
Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin düşməsinin qarşısını almaq və itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək məqsədilə bütün müvafiq tədbirləri görmək barədə çağırış vurğulanır.
Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamədə dövlətlər itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində, o cümlədən dəfn yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və qorunub saxlanılması yolu ilə əməkdaşlığa çağırılır. Qətnamədə bu kontekstdə, ilk dəfə olaraq, fərdi, kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad edilir.
Həmçinin, qətnaməyə sülh və sülh quruculuğu prosesləri kontekstində itkin düşmüş şəxslər məsələsinin həllinin əhəmiyyətini vurğulayan, onların taleyinin müəyyənləşdirilməsi məqsədilə bu məsələnin qeyd olunan proseslərə inteqrasiyasını təşviq edən yeni müddəalar da daxil edilib.
Qətnamədə, habelə minaların, müharibənin partlayıcı qalıqlarının və kustar üsulla hazırlanmış partlayıcı qurğuların itkin düşmüş şəxslərin olduğu yerin müəyyənləşdirilməsi istiqamətində səylərə maneə törətməsindən narahatlıq ifadə edilir.
Bundan əlavə, BMT Baş katibindən qətnamənin icrası ilə bağlı İnsan Hüquqları Şurasına və Baş Assambleyaya hərtərəfli hesabat təqdim etməsi sorğu olunur.
Qətnamədə müvafiq BMT qurumlarının və Baş Assambleyanın müşahidəçilərinin iştirakı ilə Baş Assambleyanın yüksək səviyyəli qeyri-rəsmi iclasının çağırılması və həmin iclasda BMT Baş katibi tərəfindən məruzə ilə çıxış edilməsi və ardınca interaktiv dialoqun keçirilməsi xahiş olunur.
"İtkin düşmüş şəxslər" adlı qətnamənin konsensusla qəbul edilməsi bu aktual humanitar problemin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin ortaq öhdəliyinə dair güclü bir mesajdır.
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)







.png)






.jpg)










