Nida Xəbər
Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - VİDEO
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub.
Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin zabit mayor Eltürk Əli oğlu Rzabəylidir. Sumqayıt şəhərində doğulan Eltürk Rzabəyli Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçusudur.
Eltürkün də xidmətinin ən yaddaqalan vaxtları 44 günlük Vətən Müharibəsi ilə bağlıdır. O, 6 il əvvəl müharibədə kapitan rütbəsi ilə döyüşüb. Şərəfli döyüş yolu keçən zabitimiz Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən əməliyyatlarda şəxsi igidlik və şücaət nümayiş etdirib.
Rzabəyli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə üç dəfə güllə və qəlpə yarası alıb. Buna baxmayaraq, hər dəfə müalicəsini yarımçıq qoyaraq xidmətə qayıdıb.
Müharibədən sonra Prezidentin Sərəncamı ilə “Qarabağ” və “Azərbaycan Bayrağı” ordenlərinə, həmçinin “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görülüb.
Dövlət başçısının sözləri ilə desək, “düşmənə dərs verən” qəhrəmanlardan olan Eltürk Rzabəyli indi mayor rütbəsində xidmətini davam etdirir.

-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)











.png)






.jpg)










