Kəmaləddin Heydərov Polşa səfirliyində oldu: Faciə ilə bağlı başsağlığı verdi - Foto/Video
Bizi izləyin

Nida Xəbər

Kəmaləddin Heydərov Polşa səfirliyində oldu: Faciə ilə bağlı başsağlığı verdi - Foto/Video

Kəmaləddin Heydərov Polşa səfirliyində oldu: Faciə ilə bağlı başsağlığı verdi - Foto/Video

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Kəmaləddin Heydərov noyabrın 11-də Polşa Respublikasının Bakıdakı Səfirliyində olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, nazir Polşa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşərək Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib.

Həlak olanların xatirəsinə ehtiramını bildirən nazir Kəmaləddin Heydərov, Səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm