Nida Xəbər
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı
Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi ciddi şəkildə qınayıb, etirazını bildirib.
Publika.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
Qeyd edilib ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik, təhrifedici münasibətin göstəricisi olub, aşkar vandalizm təzahürü və təxribatdır:
"Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscidi, ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən, təəssüflər olsun ki, kənar qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə həqarət edilən dini ibadətgahlarımızın , o cümlədən, Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin adının verilməsi, müsəlman ibadət məkanında gələcəkdə həmin erməniyə büstün quraşdırılmasının nəzərdə tutulması, ümumən, küfrdən başqa bir şey deyildir".
Bildirilib ki, mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər:
"Mədəni tədbir adına məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qovulmasından sonra indiki Ermənistanda qalan tarixi Azərbaycan mədəni-mənəvi irsindən öz aləmlərində hayıf çıxmaq, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdirdiyi, Azərbaycan memarlığının nadir incilərindən biri olan məscidin tarixini saxtalaşdıraraq, İran məscidi kimi qələmə verərək orada qurama tədbirlər keçirmək cəhdləri iflasa məhkumdur".
Vurğulanıb ki, bu mədəni tədbir adı altında baş tutan qeyri-mədəni şounu qətiyyətlə pisləyir, belə halların qarşısının alınmasını Ermənistan hökumətindən tələb edirik:
"44 günlük Vətən müharibəsi nəticəsində kapitulyasiya etmiş Ermənistanın sülh danışıqlarına sədaqət nümayiş etdirməsi fonunda belə bir halın baş verməsi sülh prosesini şübhə altına alır. Bu, yalnız revanşistlərin maraqlarına xidmət edir".
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO





















.jpg)














