Nida Xəbər
Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq
"İxracın strukturu və coğrafiyası genişlənir. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20%-dən çox artaraq 3,6 milyard dollara çatıb, bunun 60%-dən çoxu sənaye məhsullarıdır. Daxili bazarın məhdud həcmi nəzərə alınaraq müəssisələrin daha çox xarici bazarlara istiqamətlənməsi iqtisadi siyasətin mühüm vəzifələrindəndir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir: "Gələn ildən bu zonada istehsal olunan, təsdiq edilmiş siyahıya daxil olan Azərbaycan mənşəli məhsulların ən azı yarısı ixrac edildiyi halda, digər hissəsi daxili bazara gömrük rüsumu olmadan çıxarıla biləcək. Zonanın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlər istehsal və ixrac potensialını artıracaq".
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil










.jpg)
























