Nida Xəbər
Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali ilə görüş keçirib.
Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda IDEA İctimai Birliyinin şəhər mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirməyə yönəlmiş layihə və təşəbbüsləri diqqətə çatdırılıb.
Müzakirələr çərçivəsində sahilyanı şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, müvafiq risklərin qiymətləndirilməsi və şəhərsalma kontekstində ekoloji amillərin nəzərə alınmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, IDEA İctimai Birliyi və UN-Habitat arasında şəhərlərin yaşıllaşdırılması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və iqlim dəyişmələrinə uyğunlaşma sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bu istiqamətdə IDEA İctimai Birliyi və UN-Habitat tərəfindən birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına toxunulub.
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi





























.jpg)








