Nida Xəbər
DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
Kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən biri, barəsində 48 iş üzrə həbs qərarı olan Mehmet Recep Demir Azərbaycanda tutulub.
Publika.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi və Türkiyənin digər media qurumları rəsmi dövlət orqanlarına istinadən məlumat yayıb.
Bir neçə ay əvvəl Demirin Azərbaycana gizli keçdiyi barədə məlumatlar yayılmışdı. Daha sonra isə onun Azərbaycanda guya silahlı hücum nəticəsində həyatını itirdiyi barədə məlumatlar yayılsa da, bunun yalan olduğu və təqiblərdən yayınmaq üçün qəsdən yayıldığı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mehmet Recep Demirin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanda gizləndiyi müəyyən edilərək həbs edildiyi və məhkəmə qərarı ilə DTX təcridxanasında saxlanıldığı müəyyən edilib.
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Avropa və Asiya məkanında şəbəkəyə çevrilmiş “Boyunlar” (və ondan ayrılmış “Daltonlar”) kriminal təşkilatı barədə istintaq aparılır.
“Türkiyə Baş Prokurorluğu Demirin barəsində ekstradisiya sorğusu hazırlayıb Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.” - məlumatda bildirilir./Qafqazinfo/
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...
-
Sosial09:12General qızı azadlıqda - VİDEO
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO


















.jpg)




















