Nida Xəbər
Bakıda “Eternity-2026” təliminin açılışı oldu
Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb olunub.
Əvvəlcə hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq, qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb. Təlimə hər üç ölkədən 200-dən çox şəxsi heyətin cəlb olunduğunu qeyd edib.
Çıxışlardan sonra təlimin məqsədi, qarşıya qoyulan tapşırıqlar, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat verilib.
Bildirilib ki, mütəmadi keçirilən təlimin məqsədi regional iqtisadi layihələrin və strateji obyektlərin mühafizəsi üzrə birgə fəaliyyətlərin koordinasiyasını təkmilləşdirmək, eləcə də iştirakçıların təbii resursların daşınması zamanı təhlükəsizliyin təmin edilməsinə dair əməliyyat və analitik bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təlimi noyabrın 20-dək davam edəcək.
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...
-
Sosial09:12General qızı azadlıqda - VİDEO
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı













.jpg)























