Nida Xəbər
Azərbaycan FAMEX-ə dəvət edildi
Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub.
Publika.az xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib.
"Diplomatik görüş zamanı aerokosmik, təhlükəsizlik, müdafiə və hava limanı bağlantısı sahələrində texnoloji inkişafı təşviq etmək məqsədilə Azərbaycana FAMEX 2027-də iştirak etmək üçün səmimi dəvət təqdim edilib", - Azərbaycanın Meksikadakı səfirliyinin məlumatında bildirilib.
Əlavə edilib ki, Azərbaycanın iştirakı qlobal sənaye üçün yeni biznes imkanlarını təşviq etməklə yanaşı, hər iki ölkə arasında institusional və ticari əlaqələri gücləndirərək FAMEX 2027-nin beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Qeyd edək ki, sərgi 2027-ci ilin 20–24 aprel tarixlərində Meksika ştatının Santa Lusiya aviabazasında təşkil ediləcək.
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
İdman18:24“Real” ulduzu ilə müqaviləni uzatdı - Maaşı da artırıldı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"


































