Nida Xəbər
Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparıldı - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi" mövzusunda panel iclasda iştirak edib.
Publika.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Leyla Əliyeva qadınların cəmiyyətin həyatında oynadıqları rolun və onların potensialının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
O, türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Leyla Əliyeva IDEA İctimai Birliyinin layihələrində qadınların fəal iştirakını qeyd edərək, xüsusilə bölgələrdə reallaşdırılan təşəbbüslərin qadınlar üçün yeni imkanlar yaratdığını bildirib.
Paneldə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış ediblər.
Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə qadınların iqtisadi fəallığının artırılması, iqlim investisiyalarına çıxış imkanlarının genişləndirilməsi və qərar qəbuletmə prosesində iştirakının təmin edilməsi əsas məsələlər kimi dəyərləndirilib. Həmçinin Türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə innovativ təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
-
Magazin222:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin120:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi



























.png)








