“Star" neft emalı kompleksinin tikintisinə 372 milyon manat xərclənib
Bizi izləyin

Digər

“Star" neft emalı kompleksinin tikintisinə 372 milyon manat xərclənib

2014-cü ildə "Star" neft emalı kompleksinin tikintisi ilə əlaqədar Dövlət Neft Fondundan Dövlət

Büdcəsinə köçürülmüş vəsaitlərin həcmi 372,590 min manat olub.

Publika.az-ın xəbərinə görə, bu barədə Dövlət Neft Fondunun audit hesabatında bildirilib.

“PriceWaterhouseCoopers Audit Azerbaijan” tərəfindən aparılan hesabatda qeyd edilir ki, 2013-cü ildə bu rəqəm 223,538 min manat olub. Ötən il fonda cəmi daxilolmalar 12,73 milyard manat təşkil edib.

2014-cü ilin yekunu üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 29,28 milyard manatı olub. 2013-cü ilin yekunu üzrə bu göstərici təqribən 28,31 milyard manat təşkil edib.

Fondun xərcləri büdcədə yerləşdirilmiş 10,6 milyard manata nisbətdə 10,1 milyard manatı ötüb. ARDNF-ın investisiya portfelinin 55,97 faizi dollar (2013-cü ildə 49,45 faiz), 35,49 faizi avro (2013-cü ildə 41,6 faiz), 4,35 faizi isə funt-sterlinqdə (2013-cü ildə 4,47 faiz) ifadə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm