Digər
Unibank kredit komissiyalarını aşağı saldı
Unibank istehlak kreditləri üzrə komissiya xərclərini azaltdı. Banka müraciət edən müştərilər həm manat, həm də dollar valyutasında kreditləri cəmi 1%-lik komissiya xərci ilə əldə edə bilirlər. Unibank-ın nağd kreditlər üzrə illik faiz dərəcələri də çox sərfəli olub. Kredit faizləri kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq, 23% ilə 32% aralığında dəyişə bilər.
Hal- hazırda Unibank-da “0% komissiyalı kredit “ kampaniyası davam edir. Kampaniya çərçivəsində 11 iyuladək Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət qulluqçuları və hərbiçilər bank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edirlər. Bu aksiya həm manat həm də dollar kreditlərinə şamil olunur.
Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank-hər kəsin bankı!
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU