Səudiyyə Ərəbistanı hasilatı artırıb
Bizi izləyin

Digər

Səudiyyə Ərəbistanı hasilatı artırıb

Səudiyyə Ərəbistanı 2015-ci ilin iyununda 10,56 milyon barel neft hasil edib ki, bu da bir il əvvəlki göstəricidən 200 min barel çoxdur. Bu barədə OPEK-in 13 iyul hesabatında bildirilir.

Publika.az xəbər verir ki, iyunda bütün OPEK üzvlərinin neft hasilatı gündə 31.4 milyon barel təşkil edib.

OPEK-in hesabatında bildirilir ki, 2015-ci ildə neftə olan təlabat 1.28 milyon barel artacaq ki, bu da əvvəlki proqnozdan 100 min barel çoxdur. Ümumiyyətlə, bu il dünyada neftə tələbat sutkada 92,6 milyon barelə çatacaq. 2016-ci ildə dünyada neftə tələbat sutkada daha 1,34 milyon barel artacaq.

BEA isə hesab edir ki, dünyada karbohidrogenlərə olan təlabat zəifləyəcək. 2015-ci ildə neftə təlabat gündə 1.4 milyon barel, 2016-cı ildə isə 1.2 milyon barel artacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm