Bağdadiyə uğursuz sui-qəsd: 122 döyüşçü edam edildi - DƏHŞƏT
Bizi izləyin

Digər

Bağdadiyə uğursuz sui-qəsd: 122 döyüşçü edam edildi - DƏHŞƏT

İŞİD terror qruplaşması İraqın Naynava vilayətində 120-dən çox döyüşçüsünü edam edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Səid Mamuziniyə istinadən “Al Sumaria” telekanalı bildirib.

Onun sözlərinə görə, döyüşçülər “İslam dövləti”ndə çevriliş etməkdə və qruplaşmanın lideri Əbubəkr Əl-Bağdadini aradan götürmək cəhdində ittiham olunurlar.

Mamuzini dəqiqləşdirib ki, “dövlət çevrilişi” bazar günü – avqustun 30-da həyata keçirilməliymiş. “Amma sui-qəsdçilərin planlarını iki gün əvvəl həbs edilmiş beş döyüşçü açıb. Nəticədə 122 döyüşçü Mosulun cənubundakı həbsxanada güllələnib. Onlardan 18-i səhra komandiri idi”, - o söyləyib.

Mamuzininin sözlərinə görə, İŞİD-də parçalanma getdikcə daha aşkar şəkildə ortaya çıxır. O qeyd edib ki, pul, hakimiyyət və təsir bölgüsü uğrunda mübarizədə İŞİD-in onlarla döyüşçüsü həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm