Əmlakın icbari sığortası üzrə 5 907 sığorta müqaviləsi bağlanıb
Bizi izləyin

Digər

Əmlakın icbari sığortası üzrə 5 907 sığorta müqaviləsi bağlanıb

Avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5.907 sığorta müqaviləsi bağlanıb.

Publika.az İcbari Sığorta Bürosuna (İSB) istinadən bildirir ki, bu müqavilələr üzrə 1,6 milyon manat sığorta haqqı toplanıb. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 65,13%-i yaşayış evləri və mənzillər, 0,41%-i inzibati binalar, 34,47%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 37,4% azalma, sığorta haqlarının məbləğində isə 9,6 % artım müşahidə edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm