Xədicə İsmayılovaya hökm oxundu: 7 il 6 ay
Bizi izləyin

Digər

Xədicə İsmayılovaya hökm oxundu: 7 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məhkəmədəki müxbiri məlumat verir ki, iclasda X.İsmayılovaya hökm oxunub.

Hakim R.Allahverdiyeva X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyini bildirib. O, X.İsmayılovanın cinayətlərini toplamaq yolu ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildiyini elan edib.

X.İsmayılova həmçinin azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm