Digər
SOCAR ixrac rəqəmlərini açıqladı
SOCAR bu ilin avqust ayında Novorossiysk limanından 84 min 913 ton, Supsa limanından 254 min 422 ton, Ceyhan limanından 871 min 787 ton xam neft ixrac edib.
Publika.az xəbər verir ki, ümumilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 930 min 671 ton, Supsa limanından 1 milyon 864 min 59 ton, Ceyhan limanından isə 11 milyon 272 min 41 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin avqust ayında 90 min 491 ton dizel yanacağı, 27 min 984 ton təyyarə yanacağı ixrac edib.
Ümumilikdə, 2015-ci ilin yanvar-avqust ayları ərzində 650 min 797 ton dizel yanacağı, 159 min 467 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac olunub. 2015-ci ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) -538,51 dollar, təyyarə yanacağının - 457,26 dollar, dizel yanacağının - 441,75 dollar, 1% kükürdlü mazutun qiyməti 232,36 dollar təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular