Digər
19 mindən çox “VAZ” icbarı sığortaya cəlb olunub
Bu ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 115 658 müqavilə qeydiyyata alınıb.
Publika.az xəbər verir ki, bunların 15 921-u xarici ölkədə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri olub. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 9,5 milyon manat təşkil edib. Ötən ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 16%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə olunub.
2015-ci ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 591 minə yaxın sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə sığorta haqları 45,8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 15%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.
Onu da qeyd edək ki, avqust ayında icbarı sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin 19 124-ü “VAZ”, 18 210-u “Mercedes Benz” markalı avtomobillər olub.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!