Digər
Xidmət ucuzlaşıb, ərzaq bahalaşıb
Avqust ayında əvvəlki ayla müqayisədə ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz ucuzlaşıb.
Publika.az xəbər verir ki, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1 faiz ucuzlaşıb. Ay ərzində qarabaşaq yarmasının, sümüklü mal və qoyun ətinin, kərə yağının, şəkərin, bananın, almanın, armudun, üzümün, qarpızın, yemişin, xiyarın, şirin bibərin, badımcanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, buğda ununun, makaron məmulatlarının, toyuq ətinin, balıq məhsullarının, yumurtanın, bitki yağlarının, limonun, kələmin, göyərtinin, pomidorun, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, baş soğanın, qara və yaşıl çayın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində bahalaşma, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma baş verib.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşıb. Ali təhsil müəssisələrində təhsil haqları bahalaşıb.
İqtisadiyyat şöbəsi
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı