Digər
Millət vəkili Jirinovskinin təklifini təlxəklik adlandırdı
“Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu
ölkədən, Rusiyadan daha çox asılıdır. Elə məsələnin indiyə qədər
həll edilməməsində də Rusiyanın marağı olmuşdur”.
Bu barədə millət vəkili Çingiz Qənizadə Publika.Az -a açıqlamasında Rusiya Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovskinin Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı dediklərinə cavabında deyib. Millət vəkili bunu sərsəm fikir olduğunu deyib.
“Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə birinci şəxslərin ətrafında təlxəklər olmuşdur. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz”-deyə Ç. Qənizadə qeyd edib.
Qeyd edək ki, Vladimir Jirinovski Rusiya Xəbər Xidmətinə müsahibəsində deyib ki, Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qalmaqallı təklif verib.
“Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa
gəlməyəcəklər. Buna görə də ən yaxşısı onu Rusiyanın tərkibinə
daxil etməkdir. Onda həm ermənilər inciməyəcək, həm də
azərbaycanlılar bununla barışacaqlar. Çünki Qarabağ Ermənistanda
qalmayacaq və Rusiyanın tərkibinə keçəcək”-deyə o, bildirib.
Asif
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü