Çinin valyuta ehtiyatları kəskin azalıb
Bizi izləyin

Digər

Çinin valyuta ehtiyatları kəskin azalıb

Dünyanın ikinci böyük iqtisadiyyatına sahib Çin Xalq Respublikasının valyuta ehtiyatları tarixinin ən böyük enişini yaşayır.

Publika.az xəbər verir ki, Çin Mərkəz Bankının nəşr etdiyi məlumatlara görə, valyuta ehtiyatları avqust ayında 93.9 milyard dollar azalaraq 3.57 trilyon dollara gerilədi.

Analitiklərin rəyinə əsasən, buna səbəb Mərkəz Bankının yuanın məzənnəsində devalvasiyaya getməsidir.

Bu ilin ilk iki rübündə son 25 ilin ən aşağı artımını reallaşdıran Çində səhmlər 5 trilyon dollar itki ilə üzləşib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm