• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“World Skills Final” yarışında Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı

“World Skills Final” yarışında Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” Futbol Məktəbinin təşkilatçılığı ilə “Bayıl Arena” stadionunda baş tutan Bakı Bacarıqlar Yarışının nəticələrini böyük məmnuniyyətlə elan edir.

Mançester şəhərinin “Old Trafford” stadionunda keçiriləcək “World Skills Final” oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda “Mançester Yunayted” Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42 nəfəri seçmə oyunlarında iştirak ediblər.

Seçim prosesi zamanı gənc futbolçular “Mançester Yunayted” qəhrəmanlarından öyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol bacarıqlarını nümayiş etdiriblər. Bu oyunlar elə təşkil olunub ki, yaşından asılı olmayaraq bütün uşaqlar bərabər səviyyədə yarışa bilirlər. Bacarıqları və texnikaları topa nəzarətdən tutmuş ötürmə dəqiqliyinə kimi ölçülmüş oyunçulara xallar verilib.

Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında Azərbaycanın “Mançester Yunayted” Futbol Məktəbini təmsil edəcək.

“Məktəbimizin 2014-cü ilin oktyabr ayındakı açılışından bəri görülən böyük işlərə və göstərdikləri səylərə görə bütün valideynlərə, uşaqlara və Bakı “Mançester Yunayted” Futbol Məktəbinin işçi heyətinə təşəkkür edirəm. Bakıdakı bu yarış bizim burada, bu məktəbdə nələr yaratmağa çalışdığımızı, əyləncə, motivasiya, iştirak, müsbət öyrənmə mühitində sağlam rəqabəti çox gözəl əks etdirən bir hadisədir. Yarışlarda qalib gəlmiş Nicat Quliyevi təbrik edirik. Mançesterə səyahət edib “Arzular Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək, “World Skills Final”da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim məktəbimizi və Azərbaycanı təmsil etmək onun üçün böyük bir həyat təcrübəsi olacaq! Məktəbimizdə oxuduğu müddətdə həm meydançada, həm də meydançadan kənarda var gücü ilə çalışmış və hamının hörmətini qazanmış Nicat Bakı “Mançester Yunayted” Futbol Məktəbinin “elçisi” adına həqiqətən layiqdir və bizim hamımız ona bu səfərində uğurlar arzulayırıq. Bir daha hamıya, o cümlədən, göstərdikləri davamlı dəstəyə görə Bakcell şirkətinə və AFFA-ya təşəkkürümüzü bildiririk. QOY UŞAQLAR FUTBOL OYNASIN!”, deyə Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennet (Mick Bennett) bildirib.

2015-ci ildən başlayaraq, Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbində “World Skills Final” oyunlarına seçimlər müntəzəm əsasda keçiriləcək. Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarında iştirak etmək üçün Manşesterə gedəcək.

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR