950 manata maşın satışa çıxarılacaq
Bizi izləyin

Digər

950 manata maşın satışa çıxarılacaq

Oktyabrın 20-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək.

Publika.az ƏMDK-ya istinadən xəbər verir ki, hərraca 2 avtomobil çıxarılacaq. Bunlardan biri 1998-ci ilin istehsalı olan “NİSSAN MAXİMA” markalı minik avtomobili olacaq. Maşın 5-ci dəfə, 50% endirimlə hərraca çıxarılacaq və start qiyməti 950 manat olacaq. Digər avtomobil isə 1996-cı ildə buraxılmış “Hyundai H 100-12” olacaq. 4-cü dəfə, 25% endirimlə hərraca çıxarılan maşının start qiyməti 1464 manat müəyyən edilib.

Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər, Azərbaycan Mərkəzi Bankındakı AZ65NABZ01361150000000004944 nömrəli hesaba beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə oktyabrın 17-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm