Mərkəzi Bank daha bir nəfəri qara siyahıya daxil etdi
Bizi izləyin

Digər

Mərkəzi Bank daha bir nəfəri qara siyahıya daxil etdi

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin sentyabrın 21-də qəbul edilmiş qərarlarına uyğun olaraq oktyabrın 5-də ümumi siyahını yeniləyib.

Xidmətdən Publika.az-a verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, daha bir nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxsin adı Aseel Muthanadır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm