Digər
Məşhur şirkət səhvini düzəltdi: Azərbaycan xalqından üzr istəyirik
İtaliyanın "Caviar" şirkəti "iPhone" telefonlarındakı dizaynına görə Azərbaycandan üzr istəyib.
Buna səbəb “Apple” şirkətinə məxsus telefonların "Atlante Armenia" dizaynıdır. Belə ki, həmin “iPhone”-ların üzərində Azərbaycanın işğal edilmiş torpaqları və separatçı respublikanın gerbi əks olunub.
"Biz Ermənistan Respublikasına həsr edilən telefonların dizaynının yaratdığı narahatlıq və mənfi hisslərə görə bütün Azərbaycan xalqı qarşısında üzr istəyirik. Biz azərbaycanlı müştərilərlə brendimiz arasındakı isti və dostluq münasibətlərini yüksək qiymətləndiririk. Buna görə də biz bu hadisəyə və telefonun dizaynında istifadə edilən simvolların yanlışlığı haqqında daxil olan məlumata dərhal reaksiya verdik və narazılıq yaradan modeli satışdan götürdük. Hazırda o, bizim rəsmi saytımızda göstərilmir. Biz məsələnin araşdırılması və onun həlli yollarının axtarılması ilə məşğul oluruq. Bu qədər əhəmiyyətli tarixi məsələyə lazımi diqqəti ayırmadığımız üçün bir daha üzr istəyirik. Sizin anlayışınıza və qarşılıqlı münasibətlərimizin qorunub saxlanacağına ümid edirik", - deyə "Caviar"ın rəsmi müraciətdə bildirilib.
Qeyd edək ki, "Caviar"ın yeni kolleksiyası "Atlante" adlanır. Bu kolleksiyada Rusiya, İtaliya, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan, Qazaxıstan və Ermənistanın rəsmi simvolları ilə bir neçə telefon modeli istehsal edilib. Hazırda, həqiqətən də, Caviar-ın saytında "Atlante" kolleksiyasında Ermənistandan başqa yuxarıda adları çəkilən bütün ölkələrin kolleksiyaları əks olunub. (ans)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK