Digər
Hökumət dövlət strukturlarının borclarını qaytarmağın yolunu tapdı

Azərbaycan hökuməti dövlət strukturlarının borclarının qaytarılmasını təmin etmək üçün daha təsirli tədbirlər görəcək.
Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında 2016-cı il və növbəti 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O deyib ki, bir çox dövlət strukturları maliyyəni dövlət büdcəsindən alır: "Lakin nəzərə almaq lazımdır ki, onlardan bəzilərinə kifayət qədər (maliyyə - red.) azadlıq vermək olmaz. Məsələn, bu, su və enerji sahələrindəki dövlət müəssisələrinə aiddir. Tarif Şurası onların xidmətləri üzrə tarifləri müəyyənləşdirir. Hökumət, ilk növbədə, onların sosial, sonra isə iqtisadi səmərəliliyinə baxır. Biz istəmirik ki, bu əhali üçün problemlər yaratsın, buna görə də ehtiyatlı tarif siyasəti yürüdürük".
İqtisadiyyat şöbəsi

-
Sosial11:26
Laçında həlak olan əsgərlərə Şəhid statusu verildi
-
Hadisə11:05
Daha bir anti-korrupsiya ƏMƏLİYYATI: Vəzifəli şəxs həbs olundu
-
Avropa10:48
Danışıqlar prosesində Lavrov Consonu belə aldadıb
-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI