SOCAR-ın büdcəyə ödənişləri azalıb
Bizi izləyin

Digər

SOCAR-ın büdcəyə ödənişləri azalıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında dövlət büdcəsinə 136,487 mln. manat vəsait ödəyib.

Publika.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 6,6% azdır.

Bu ilin yanvar-sentyabr aylarında isə SOCAR büdcəyə 1 135,245 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövründəkindən 19% azdır.

SOCAR Dövlət Sosial Müdafiə Fonduna isə 11,788 mln. manat vəsait köçürüb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən DSMF-yə ödəniş 104,223 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövründən 3% azdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm