Digər
Gürcüstan Azərbaycanı Rusiyaya dəyişir? – Gizli görüş və dəyişən kartlar

Gürcüstan əsas qaz təminatçısı olan Azərbaycanı Rusiyaya dəyişir.
Publika.az xəbər verir ki, bu ölkənin energetika
naziri Kaxe Kaladze Gürcüstanın əsas qaz təchizatçısının Azərbaycan
olduğunu, lakin Tiflisin Rusiyadan daha çox qaz almaq niyyətini
açıqlayıb. Onun sözlərinə görə, Rusiya qazının Gürcüstan bazarına
çıxarılması Azərbaycan qazı ilə rəqabət yaradacaq və bunun müsbət
nəticələri olacaq.
Qeyd edək ki, hazırda Gürcüstanın qaz təchizatını SOCAR təmin edir. Məlumatlara görə, 2014-cü ildə qaz çatdırmaları 0,3 və 2,1 milyard kubmetr arası dəyişib. Bununla yanaşı, SOCAR Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir, həmçinin Kulevi neft terminalı da onun ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır.
Bütün bunlarla yanaşı, Azərbaycan Gürcüstanın ən çətin günlərində
ona yardım edib. Xüsusilə 2008-ci il müharibəsindən sonrakı dövrdə
bu ölkənin ayaq üstə qalmasında əsas rol məhz Bakının üzərinə
düşmüşdü. İndi Tiflisin bu addımı diqqət çəkir.
Enerji naziri Kaladze fikrini əsaslandırmaq üçün bildirib ki, Gürcüstan 2008-ci il müharibəsi dönəmində də Rusiyadan qaz alırdı, bundan sonra da alacaq.
Rusiya nəşri “Kommersant” yazır ki, Gürcüstan kiçik bazardır,
lakin “Qazprom”un imici üçün bu ölkənin bazarını ələ keçirmək
müsbət ola bilər.
Qeyd edək ki, ötən ayın sonlarında K.Kaladzenin Brüsseldə “Qazprom”
rəhbəri Aleksey Millerlə görüşü də enerji bazarı uğrunda mübarizədə
yeni gedişlərin olduğuna dair ehtimalları artırır.
Asif Nərimanlı

-
ABŞ22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin222:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu