Dövlət Miqrasiya Xidmətində neft şirkətlərinin nümayəndələri ilə görüş olub
Bizi izləyin

Digər

Dövlət Miqrasiya Xidmətində neft şirkətlərinin nümayəndələri ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev SOCAR təmsilçiləri və “BP Exploration (Caspian Sea) LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə görüşüb.

Publika.az xəbər verir ki, “BP Exploration (Caspian Sea) LTD” şirkətinin rəhbəri Gordon Birrell Azərbaycanın neft-qaz sektorunda işlərin yüksək səviyyədə davam etdiyini bildirib. “Şahdəniz-2”, dayaz sulu “Abşeron” yatağı üzrə geoloji-kəşfiyyat layihələrinə hazırlıq işləri haqqında məlumat verib. Qeyd edilib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı, həmçinin “Şahdəniz-2” layihəsinin tikinti fazası mərhələsində ölkənin miqrasiya qanunvericiliyinə tam əməl olunur. 2013-cü ildə imzalanmış “BP-nin idarə etdiyi layihələrə cəlb olunan kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair SOCAR və BP arasında protokol”a uyğun olaraq transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının təmsil olunmalarının göstəricilərinin artırılması gündəlik diqqət mərkəzindədir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib ki, son illər Azərbaycanın enerji strategiyası çərçivəsində əldə olunan nailiyyətlər sevindiricidir və işlərin ahənginin bu şəkildə davam etməsi üçün Dövlət Miqrasiya Xidməti gələcəkdə də öz dəstəyini əsirgəməyəcək. O, milliləşmə siyasəti ilə bağlı SOCAR-ın, BP şirkətinin və podratçı müəssisələrin nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, bundan sonra da neft-qaz sektorunda işlərin qrafikə uyğun davam etməsi məqsədilə yüksək səviyyəli, zəngin təcrübəyə malik əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmaları prosesinə Dövlət Miqrasiya Xidməti tərəfindən çevik, operativ yanaşma davam edəcək. F.Nəbiyev qeyd edib ki, qarşılıqlı əlaqələrin inkişafı, gündəlik işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə töhfə verir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm