Rusiyada böhran ən yüksək pilləyə çatıb
Bizi izləyin

Digər

Rusiyada böhran ən yüksək pilləyə çatıb

Rusiya prezidenti Vladimir Putin ölkəsindəki iqtisadi böhranın ən yüksək nöqtəyə çatdığını deyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Putin belə bir bəyanatla iş dünyasından nümayəndələrin qatıldığı investisiya forumunda çıxış edib. O bildirib ki, böhranın ən yüksək nöqtəsinə çatıblar: “Rus iqtisadiyyatı özünü yeni şərtlərə adaptasiya edib. Qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, hədəflərimizə çatacağıq. Rusiyadan sərmayə çıxışı dayanıb. İlin üçüncü rübündə sərmayə axını iqtisadiyyatdakı proseslərin nə qədər həssas olduğunu göstərdi”.

Məlum olub ki, 2010-cu ilin ikinci rübündən bu yana ölkədən sərmayə çıxışı var. Ancaq Rusiya hökumətinin sərmayə çıxışına məhdudiyyət qoymaq planı yoxdur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm