Komitə sədri: “Deputat nə yol çəkən, nə də iş verən deyil”
Bizi izləyin

Digər

Komitə sədri: “Deputat nə yol çəkən, nə də iş verən deyil”

Milli Məclisin regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bu il noyabrın 1-ə təyin olunan parlament seçkilərində namizədlərin say azlığı ilə bağlı söylənilən fikirlərə cavab verib.

Komitə sədri A.Rəhimzadə Publika.az-a açıqlamasında deyib ki, bu il keçirilən parlament seçkilərində iştirak edən namizədlərin sayı əvvəlki illərdən heç də az deyil: “Misal üçün, mənim namizədliyimin irəli sürüldüyü dairədən 10 nəfər deputatlığa namizəddir. Onların arasında müxalifət partiyalarının üzvləri də var, müstəqil şəxslər də var. Ona görə də heç kəs düşünməsin ki, Azərbaycanda seçkilərə maraq azalıb. Sadəcə olaraq, indi bu məsələyə daha düşünülərək yanaşılır”.

A.Rəhimzadə eyni dairədən namizədliklərini irəli sürən digər 9 rəqibindən çəkinmədiyini söyləyib: “Onlar mənə heç bir problem yarada bilməz. Niyə də problem yaradılmalıdır? Hər kəs özü barəsində düşünür, öz kampaniyasını aparır. Mən özümü həmin 9 namizədin heç birindən zəif hesab etmirəm. Digər tərəfdən, mən düşünmürəm ki, indi namizədlər arasında ələ baxımlılıq mütləq şəkildə var. İndi insanlar yaxşı anlayır ki, deputat nə yol çəkən, nə də iş verən deyil. Deputatın əsas vəzifəsi qanunvericilik prosesində yaxından iştirak etmək və hər hansı nəzərdən qaçan mövcud problemi gündəmə gətirməkdir. Mövcud olan hər hansı problemlərin həlli ilə bağlı deputatı lazımı yerlərə getmək və söz demək ixtiyarı var. Bu məsələ də icra orqanları ilə birgə işlənilir. Əgər hər hansı məsələdə ləngimə varsa, deputatın həmin məsələni vaxtında demək vəzifəsi var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm