Deputat: “Hər yerə qaz satırıq, amma özümüz qazsız qalmışıq”
Bizi izləyin

Digər

Deputat: “Hər yerə qaz satırıq, amma özümüz qazsız qalmışıq”

“Bu il kənd təsərrüfatı ilidir. Lakin kənd təsərrüfatı ili olmasını hiss etmirik. Bəzi deputatlar susur”.

Publika.az xəbər verir ki, bunu Yevda Abramov deyib. O qeyd edib ki, fermerlər məhsullarını Rusiya bazarına çıxara bilmirlər: “Onlarla maşın Qubada qalıb. Xiyarı 2 qəpikdən satırlar. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. SSRİ dövrünün tədarük məntəqələrini bərpa etməliyik”.

O, qazlaşdırmadan da danışıb: “Soyuq zallarda təbliğat aparırıq. Seçicilər deyir ki, siz gələndə qaz versinlər. Hər yerə qaz satırıq, amma özümüz qazsız qalmışıq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm