• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qeyri-neft məhsullarının ixracı artıb

  • Digər
  • 15 Oktyabr 2015 12:32
  • 553 Baxış
Qeyri-neft məhsullarının ixracı artıb

İlin doqquz ayında fiziki şəxslər dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 96 ölkəyə məhsul ixrac olunub, 129 ölkədən idxal həyata keçirilib. Xarici ticarət əlaqələri 45 Avropa ölkəsini, 28 Amerika ölkəsini, 41 Asiya ölkəsini və 30 digər ölkəni əhatə edib.

Publika.az xəbər verir ki, səkkiz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 17608,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 11709,5 milyon dollar, idxalın həcmi 5898,7 milyon dollar təşkil edib. Nəticədə 5810,8 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 1078,9 milyon dollar olub.

İqtisadiyyat şöbəsi

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR