Vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,6 faizi qədərdir
Bizi izləyin

Digər

Vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,6 faizi qədərdir

Sentyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 20,1 milyard manat təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, onun 78,5 faizi və ya 15,77 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il sentyabr ayının 1-i ilə müqayisədə 16,1 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,6 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinə gəlincə, bankdan bildirirlər ki, milli valyuta ekvivalentində əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmanətlər 4,7 faiz artaraq 2015-ci il sentyabr ayının 1-nə 7,3 milyard manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm