• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Vergilər Məcəlləsinə dəyişikliklər bəlli oldu

  • Digər
  • 16 Oktyabr 2015 17:56
  • 1 301 Baxış
Vergilər Məcəlləsinə dəyişikliklər bəlli oldu

“İndiyə kimi Vergi Məcəlləsinə bir çox dəyişikliklər edilib ki, həmin dəyişikliklər vergilərin azaldılmasına, vergi mədəniyyətinin artırılmasına, vergi yükünün aşağı salınmasına xidmət edib”.

Publika.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov deyib.

Nazir qeyd edib ki, insanların, xüsusilə, aztəminatlı təbəqədən olan insanların ən çox şikayət etdikləri məsələ fiziki şəxslərin gəlir vergisi ilə bağlı olub: “Yeni dəyişiklik büdcə təşkilatlarında işləyən 500 mindən çox insanı əhatə edəcək. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması təklif olunur”.

Onun sözlərinə görə, təqvim ili ərzində hüquq pozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişikliyə əsasən bu məbləğ 2000 manat olacaq: "Təqvim ili ərzində ikinci dəfə hüquq pozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatadək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğinə qədər qaldırılması təklif olunur.Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10% həcmində vergi tətbiqi nəzərdə tutulur”.

Nazir F.Məmmədov bildirib ki, üç ildir idman mərc oyunlarında əldə edilən uduşlar vergidən azad idilər ki, bu da həmin sahənin inkişafını stimullaşdırmışdı və 3 ildə bu sahənin dövriyyəsi 300 milyon manatadək yüksəlib: "Buna görə də hazırkı iqtisadi vəziyyətdə bu mənbənin vergiyə cəlb edilməsi əlverişli olacaq. Dəyişikliyə əsasən, sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə 8%-i səviyyəsində etmək təklif olunur”.

F.Məmmədov qeyd edib ki, Azərbaycanda fiziki şəxslərin gəlir vergisindən azad olunması və güzəştlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək: “Dəyişikliyə görə, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur”.

İqtisadiyyat şöbəsi

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR