Sabah “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklik ediləcək
Bizi izləyin

Digər

Sabah “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklik ediləcək

Sabah Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında 2016-cı ilin büdcəsi qəbul ediləcək.

Publika.az xəbər verir ki, parlamentdə, eyni zamanda, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun müzakirəsi gözlənilir. Mərkəzi Bank nizamnamə kapitalını 10 milyon manatdan 500 milyon manata artırır. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz ediləcək.

İclasda, eyni zamanda, Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi də nəzərdə tutulub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm