"189" taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi xidməti
Bizi izləyin

Digər

"189" taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi xidməti

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti özünün ən böyük korporativ abunəçilərindən biri olan Bizim Taksi MMC (189 taksi sifarişi xidməti) ilə birlikdə yeni layihəyə start verib. İndi sözügedən taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq “Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.

Bunun üçün "Bakcell" abunəçiləri 189 taksi xidmətinin avtomobillərində "Bakcell" Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən "Bakcell" abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.

“189 taksi xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz müştərilərimizin tələblərini nəzərə alırıq və sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən faydalanmaları üçün 189 taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq onlar taksilərdə quraşdırdığımız yüksək sürətli Wi-Fi sayəsində şəbəkəmizin yüksək sürətli internetindən faydalana biləcəklər. 189 xidməti eyni zamanda Ulduzum loyallıq proqramının 1 milyon 400 mindən çox abunəçisinə 10% endirim təklif etməklə onlar tərəfindən ən çox istifadə olunan xidmətlər sırasında liderdir. Ümidvarıq ki, təqdim etdiyimiz Wi-Fi internet 189 taksi sifarişi xidmətindən yararlanan sərnişinlərin səfərlərini daha da maraqlı edəcək”,- deyə Bakcell şirkətinin satış üzrə baş direktoru Fedja Hadzic bildirib.

Qeyd edək ki, “Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan 189 taksi sifarişi xidməti 2800-dən çox Bakcell nömrəsi ilə təmin olunub. Taksi sifarişi üçün müştərilərin zəng etdiyi məlumat mərkəzinin rabitə sistemi də bütünlüklə "Bakcell" tərəfindən qurulub. Belə ki, məlumat mərkəzinə daxil olan sifariş "Bakcell" tərəfindən təqdim olunan yüksək sürətli mobil internet vasitəsilə sürücünün smartfonuna yönləndirilir və o, dərhal sifarişin yüksək səviyyədə icra olunmasına başlayır.

“Bakcell" şirkəti bizim ən böyük strateji partnyorumuzdur. Biz bir neçə sahədə əməkdaşlıq edirik və bu əməkdaşlıq nəticəsində 3 tərəf qazanmış olur: həm "Bakcell", həm 189 taksi sifarişi xidməti, xüsusilə isə bizim müştərilərimiz. Hazırda "Bakcell" abunəçisi olan müştərilərimiz Ulduzum loyallıq proqramı və Wi-Fi xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Gələcəkdə müştərilərimizə daha yaxşı və daha sərfəli yeniliklər təqdim etməyə davam edəcəyik” , - deyə Bizim Taksi MMC-nin Direkroru Ağacan Abbasov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm