Azərbaycan nefti ucuzlaşdı
Bizi izləyin

Digər

Azərbaycan nefti ucuzlaşdı

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar bahalaşaraq 45,41 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə “Brent” markalı neftin 1 barelinin dəyəri 0,25 dollar yüksələrək 48,10 dollar olub.

Qızıl isə 0,70 dollar ucuzlaşaraq unsiyası 1166,48 dollar təşkil edib.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti isə 0,32 dollar, yaxud 0,64% ucuzlaşıb. Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,65 dollardır.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm