• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Günə 89 milyon kubmetr qaz, 120 min ton neft çıxarırıq

  • Digər
  • 22 Oktyabr 2015 11:59
  • 564 Baxış
Günə 89 milyon kubmetr qaz, 120 min ton neft çıxarırıq

Bu ilin doqquz ayı ərzində ölkədə hasil edilmiş 21,6 milyard kubmetr qazın 16,4 milyard kubmetri Azəri-Çıraq-Çünəşli (AÇG) və “Şahdəniz” yataqlarından çıxarılıb. Hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir.

Publika.az xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc olunmuş məqaləsində qeyd edib.

Nazir bildirib ki, “Şahdəniz” yatağından hasil olunmuş 7189,0 milyon kubmetr qazdan 2315,4 milyon kub.m-i SOCAR-a, 4239,9 milyon kub.m-i Türkiyəyə, 519,7 milyon kub.m-i Gürcüstana nəql edilib.

Cari ilin 9 ayı ərzində əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9728,8 milyon kub.m proqnoza qarşı 10402,8 milyon kub.m (yəni, proqnozdan 674,0 milyon çox) qaz resursu yaradılıb.

Nazirin sözlərinə görə, hasilatda azalma prosesinin dayandırılması və yenidən artımın əldə edilməsi, ilk növbədə, neft və qaz hasilatı sahəsində ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərə prezidentin haqlı tənqidi ilə bilavasitə bağlı olub.

İqtisadiyyat şöbəsi

Загрузка...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR