İKT sektoruna investisiyalar 2,2 dəfə artıb
Bizi izləyin

Digər

İKT sektoruna investisiyalar 2,2 dəfə artıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib. Publika.az-ın məlumatına görə, kollegiyada bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri 9,6 faiz artaraq 1280,9 milyon manat olub. Sektorun ÜDM-də payı 2,1 faiz, qeyri-neft sektorunda isə 3 faiz təşkil edib.

İclasda qeyd olunub ki, sektorda əldə olunan gəlirlərin 81,1 faizi özəl sektorun payına düşüb.
Bu dövrdə İKT sektoruna 209,8 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 61,2 milyon manat investisiya yatırılıb.

Sahə üzrə ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2,2 dəfə çoxdur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm