Türkiyənin daha bir tanınmış aktyoru vəfat etdi - FOTOLAR
Bizi izləyin

Digər

Türkiyənin daha bir tanınmış aktyoru vəfat etdi - FOTOLAR

Türkiyənin “Yeşilçam” əfsanələrindən olan Yılmaz Köksal dünən gecə saatlarında vəfat edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən 76 yaşlı aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Rejissor Nazif Tunc 76 yaşlı aktyorun bir həftədir reanimasiyada olduğunu deyib və başsağlığını bu sözlərlə ifadə edib: “Türk millətinin, türk kinosunun və ailəsinin başı sağ olsun".

Xatırladaq ki, Yılmaz Köksal 1939-cu ildə Qırşəhərdə anadan olub. Məktəbi bitirdikdən sonra İstanbula gəlib Topxana İncəsənət İnstitutunda təhsil alıb. Bir müddət gəmilərdə çalışaraq Avropanı gəzib.

Sonralar Orxan Kamalın "Mürtəza" əsərində Dubara rolu ilə kino fəaliyyətinə başlayıb. Yılmaz Köksal uzun müddət ikinci dərəcəli rollarda oynadıqdan sonra 1970-ci ildə Çətin İnamın rejissorluğu ilə çəkilən "Çeko" filminin baş qəhrəmanı olub. Bu filmdəki rolu ilə xalqın rəğbətini qazanaraq kino tarixinin sevilən aktyorlarından birinə çevrilib. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib.

Əsasən, müsbət obrazlarla yadda qalan Y.Köksal bir çox ekran işinin ssenarisinin müəllifi olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm