Azərbaycanda rus kapitalı ilə 600 şirkət işləyir
Bizi izləyin

Digər

Azərbaycanda rus kapitalı ilə 600 şirkət işləyir

Azərbaycanda rus kapitalı ilə 600 şirkət fəaliyyət göstərir. Publika.az xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.

O qeyd edib ki, azərbaycanlı sərmayəçilər də Rusiya iqtisadiyyatı ilə maraqlanır, investisiya yatırırlar: “Bizim Rusiyaya investisiyalarımızın həcmi 1 milyard dollardan artıqdır. Eləcə də, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşıb. İdxalda isə Rusiyanın payı ikincidir”.

Nazir müavininin sözlərindən bəlli olur ki, Azərbaycan Rusiyada logistika mərkəzi yaratmaq istəyir: “Rusiyaya ixracla bağlı logistika mərkəzinin yaradılmasında maraqlıyıq. Bu istiqamətdə iş aparırıq. Artıq Qazaxıstanda belə bir təcrübəmiz var”.

S.Həsənova deyib ki, belə logistika mərkəzləri istehsalçıların ixrac üçün öz məhsullarını rahat şəkildə sata bilməsinə xidmət edəcək: “İxracla məşğul olanlar isə tələblərə cavab verən məhsulları rahatlıqla mərkəzdən ala biləcəklər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm