Yuan BVF-nin ehtiyat pul vahidi səbətinə daxil edilir
Bizi izləyin

Digər

Yuan BVF-nin ehtiyat pul vahidi səbətinə daxil edilir

Beynəlxalq Valyuta Fondu (BVF) yaxın zamanlarda Çin Xalq Respublikasının pul vahidi yuanın ehtiyat pul vahidi səbətinə daxil olacağını açıqlayıb.

Publika.az xəbər verir ki, tərəflər arasında uzun müddətdir bu istiqamətdə müzakirələr gedir.

Qeyd edək ki, yuan ehtiyat pul vahidi səbətinə daxil edilərsə, Çin şirkətləri qlobal bazarlarda daha geniş imkanlar əldə edəcəklər. Hazırda BVF ehtiyat səbəti dollar, avro, funt-sterlinq və yendən formalaşıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 mlrd Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm