Azərbaycan 26 ölkə arasında - islahatlar sahəsində
Bizi izləyin

Digər

Azərbaycan 26 ölkə arasında - islahatlar sahəsində

Dünya Bankı qrupu “Doing Business” 2016-cı il üzrə hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid qiymətləndirmələr bölümündə bildirilir ki, Azərbaycan ötən il olduğu kimi, 189 ölkə arasında 63-cü yerdə qərarlaşıb (geriyə sayma reytinqi).

Həmçinin Azərbaycanın bir il ərzində islahat bençmarkı (DTF) ilə məsafəsi bir baldan da artıq azalıb.

Publika.az “Trend”ə istinadən bildirir ki, islahat bençmarkı göstəricisində Azərbaycanın mövqeyinin yaxşılaşması əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və xırda investorların müdafiəsi kimi üç sahədə apardığı islahatlarla izah olunur.

Daha dəqiq qeyd olunarsa, Azərbaycan dünyada 3 və daha artıq islahatı həyata keçirmiş 26 ölkə arasında yer alır. Bu isə dünya ölkələrinin yalnız 14 faizi deməkdir.

Biznesə başlama sahəsində islahatlar: Azərbaycan korporativ möhürlərin istifadəsi ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb.

Biznesə başlama müddəti ötən il Norveçlə müqayisədə daha az olub - 5 gündən 3 günə qədər azalıb.

Tikinti üçün icazələrin alınması sahəsində islahatlar: Azərbaycan layihə sənədlərinin ilkin təsdiqlənməsini həyata keçirmək üçün vahid pəncərə sistemini formalaşdırmaqla tikintiyə icazələrin verilməsini daha da asanlaşdırıb.

Nəticədə, anbarların tikintisı üzrə prosedurların sayı 24-dən 18-ə qədər azaldılıb.

Xırda investorların qorunması sahəsində islahatlar: Azərbaycan əlaqəli tərəflərlə əməliyyatların xarici qiymətləndirilməsinin keçirilməsi və bitərəf səhmdarlar tərəfindən təsdiqlənməsi ilə bağlı tələblərin tətbiqi ilə xırda investorların müdafiəsini gücləndirib.

Biznesə başlamadan əlavə (189 ölkə arasında 7-ci yerdə qərarlaşır), Azərbaycan əmlakın qeydiyyatı sahəsində qabaqcıl təcrübəni tətbiq edir.

Əmlakın qeydiyyatına gəldikdə isə əmlakın ötürülməsinin qeydiyyatı qlobal səviyyədə orta göstərici olan 48 günlə müqayisədə yalnız 8,5 gün çəkir.

Azərbaycanda inkişafa ehtiyac olan sahələr mövcuddur, bu, xüsusilə tikinti üçün icazələrin alınması (114-cü yer) və elektrik enerjisinə çıxış (110-cu yer) sahələrində nəzərəçarpandır.

Tikinti üçün icazələrin alınmasına gəldikdə, qlobal göstərici 160 günlə müqayisədə ölkədə anbar tikintisi üçün 203 gün tələb olunur.

Bu ilin “Doing Business” hesabatında tənzimləmələrin keyfiyyəti, o cümlədən, biznes üzrə tənzimləmələr bazasının səmərəliliyinin qiymətləndirilməsi üzrə bençmarkların inkişafı istiqamətində qeyd olunan sahələrdə reallıqların daha yaxşı əhatə olunması məqsədilə iki illik səylər tamamlanıb. Müqavilələrin icrasına gəldikdə isə, misal üçün, Azərbaycan ədliyyə infrastrukturunun qiymətləndirilməsi, məhkəmə sistemində avtomatlaşdırmanın səviyyəsi, mübahisələrin alternativ həlli mexanizmləri və hüquqi işlərin idarə olunmasının mövcudluğu ilə bağlı yeni indeks üzrə geridə qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm