Digər
Avro manat qarşısında “əriyir” – REALLIQ və PROQNOZ

Son bir həftədə avronun dollara nisbətən məzənnəsində düşmə müşahidə edilir. Nəzərə alsaq ki, Azərbaycanda ikivalyutalı səbətdən istifadə edilir, avro manat qarşısında da zəifləyib.
Valyuta bazarındakı dəyişiklikləri Publika.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, qarşıdakı dövrdə bir avro 1 dollar 10 sent ətrafında dəyişəcək. Hələlik avronun məzənnəsində ciddi artım proqnozlaşdırılmır”.
Avronun məzənnəsinin artımı üçün zəmin olmadığını deyən iqtisadçı bildirdi ki, avronun dollara nisbətən məzənnəsində koridor var. Avro həmin koridor daxilində dəyişir: “Söhbət 1 avro-1 dollar 7 sent və ya 1 dollar 17 sent arasındakı koridordan gedir. Son dövrlər avronun məzənnəsi həmin koridorda dəyişib”.
İqtisadçı yığım aparan Azərbaycan vətəndaşlarına tövsiyələrini də bildirdi. Onun fikrincə, bu zaman üçvalyutalı səbətdən istifadə etmək daha doğrudur: “Yığımların 60 faizi dollar, 20 faizi manat, 20 faizi avro ilə aparılmalıdır. Bu asılılıq valyuta bazarında baş verən risklərdən qorunmaq üçün vacibdir. Qlobal valyuta bazarında baş verənlər onu göstərir ki, ən doğru yol yığımların səbət formasında aparılmasıdır”.
V.Bayramov deyir ki, noyabr ayının əvvəlində Avrozonada açıqlanacaq iqtisadi yekunlar avronun məzənnəsi ilə bağlı proqnoz verməyə imkan yaradacaq.
İqtisadiyyat şöbəsi

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çətinliklər yarana bilər
-
Qarabağ 00:00
Erməni ordusunun qalıqları Xocalıdan çıxarılır - VİDEO
-
Sosial13 Avqust 23:00
Bakıda AĞIR QƏZA: "Cəsur döyüşçü" həyatını itirdi - FOTO
-
Sosial13 Avqust 22:49
"Çort poberi": Biz Bakıdayıq... - Paytaxtdan XÜSUSİ REPORTAJ
-
Dünya13 Avqust 21:49
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
-
ABŞ13 Avqust 20:31
Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
-
Dünya13 Avqust 19:24
Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi
-
Hadisə13 Avqust 19:00
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi