BP ixtisara hazırlaşır
Bizi izləyin

Digər

BP ixtisara hazırlaşır

2015-ci ilin üçüncü rübündə BP neft şirkətinin gəlir proqnozu aşağı düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gəlirlərin illik bazada azalması şirkətin xərcləmələrində kəsintiyə getməsinə səbəb olub.

BP bu ilin iyul və sentyabr ayları arasındakı qazancının 1,8 milyard dollar olacağını açıqlayıb. İqtisadçılar isə bu rəqəmin 1,2 milyard dollar ətrafında olacağını proqnozlaşdırırlar. Bütün hallarda gəlirləri 40 faiz azalan şirkət böyük həcmdə ixrisarlara getməyi düşünür.

Analitiklər isə bildirir ki, bütün böyük neft şirkətləri, tədarükçülər neftin qiymətinin ucuzlaşması fonunda doğru yolu tapmağa çalışırlar. Çarəsiz gözləmə mövqeyindədirlər: “Kiminsə onlara “hər şey bitdi, keçmişdəki qiymət səviyyəsinə qayıdırıq” deyəcəyinə ümid edirlər”.

BP 2016-cı ildə xərcləmələrinin 2014-cü illə müqayisədə 6 milyard dollar az olacağını açıqlayıb. Şirkət bu ilin 9 ayında da əməliyyat xərclərində 3 milyard dollar kəsintiyə gedib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm