Rusiya MSK-nın sədri: “Buna görə pul alırlar!”
Bizi izləyin

Digər

Rusiya MSK-nın sədri: “Buna görə pul alırlar!”

"ATƏT-in İnsan Hüquqları üzrə Demokratik İnstitutlar Bürosunun (İHDİB) Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməməsi qanunsuzdur. Onlara buna görə pul ayrılır".

"Report" xəbər verir ki, bu sözlər Rusiya Federasiyası MSK-nın sədri Vladimir Çurova məxsusdur.

Onun sözlərinə görə, ATƏT-in İHDİB ölkədən dəvət alıbsa, seçkiləri müşahidə etməyə borcludur.

Seçkidə öz müşahidələri barədə danışarkən, V.Çurov 6 seçki məntəqəsində olduğunu qeyd edib.

MSK sədri seçkilərin yüksək səviyyədə təşkil edildiyini bildirib: "Seçkilərin təşkili və seçicilərin dəqiq siyahıyaalınması məni heyran etdi. İlk dəfə seçicilər üçün əlavə siyahının yaradılmamasını gördüm. Deməli, səsverənlərin hamısı özlərini seçki siyahısında tapa bilib. Bu inanılmaz şeydir. Heç Rusiyada da belə halla rastlaşmamışdım".

Çurov həmçinin qeyd edib ki, müşahidə zamanı heç bir qayda pozuntusu qeydə alınmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm