İqtisadiyyatımıza kredit qoyuluşu azalıb
Bizi izləyin

Digər

İqtisadiyyatımıza kredit qoyuluşu azalıb

Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 21 622,5 mln manat təşkil edib. Bu, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 674,7 mln manat və ya 3% azdır.

Publika.az Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata istinadən bildirir ki, bu, 2015-ci il ərzində baş verən ən yüksək həcmli aylıq azalmadır.

İlin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 1 220,2 mln manat və ya 6% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə artım 2 179,4 mln manat və ya 11,2% olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm